Samux rayonunun Çobanabdallı kəndində həmyerlilər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.
Milli.Az "Report"a istinadən bildirir ki, kənd sakini, 1990-cı il təvəllüdlü Xəyal Məmmədov mübahisə zəminində həmyerlisi, 2000-cı il təvəllüdlü Taleh Məhərrəmov tərəfindən bıçaqlanıb.
Xəsarət alan hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Milli.Az