Cəmiyyət

Sabirabadda iki avtomobil toqquşub, xəsarət alanlar var

25 İyul 2021 19:29
0 Şərh     Baxış: 637
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sabirabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayounun Novruzlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilin toqquşması nəticəsində Sabirabad rayon sakinləri, 1969-cu il təvəllüdlü Babayev Mehdi Abuzər oğlu və 1961-ci il təvəllüdlü Muxtarov Ağaşəf Muxtar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsatər hər iki şəxs Sabirabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.