Cəmiyyət

Nazirlikdən obyekt sahiblərinə müraciət

23 İyul 2021 16:40
Baxış: 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son zamanlar tədbirlərin keçirilməsi ilə əlaqədar bəzi ictimai-iaşə obyektlərindən havaya tüstü və qoxunun yayılması ilə bağlı qonşuluqda yaşayan sakinlərdən çoxsaylı şikayətlər daxil olur.

Bu barədə Milli.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirilib.

Məlumatda qeyd olunub ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Ramal Bağırov iaşə obyektlərinin sahiblərini havanı çirkləndirməməyə, yaxınlıqda yaşayan əhaliyə narahatlıq yaratmamağa və ekoloji pozuntulara yol verilməməsi üçün təmizləyici qurğulara vaxtında xidmət göstərməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.