Bakıda 7 narkotacir saxlanıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhərində polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. Növbəti əməliyyatlar paytaxtın Xətai, Binəqədi və Nəsimi rayonlarında baş tutub.
DİN-dən Milli.Az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən əməliyyat zamanı heroin, eləcə də "patı" adlanan psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan Zakir Əhmədov və Qadir Nəcəfov saxlanılıblar. Onlardan külli miqdarda satmaq məqsədi ilə əldə etdikləri adları qeyd edilən narkotik vasitələr aşkar olunub.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən də narkotik maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Bəhruz Əmənov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən ümumilikdə satmaq üçün əldə etdiyi 1 kiloqram 80 qram psixotrop maddə metamfetamin, eləcə də hazır bükümlərdə güclü təsiredici narkotik vasitə olan kokain və elektron tərəzi aşkar edilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlar tərəfindən də "Papanin" adlanan ərazidə keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Əməliyyat zamanı paytaxt sakinləri Vüqar Orucov, Nəsimi Adıgözəlov, Mirzə Quliyev və Kamil İmanov saxlanılıblar. Onlardan ümumilikdə 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.
Faktlarla bağlı Xətai, Nəsimi və Binəqədi Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
XƏBƏR LENTİ
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb





