Cəmiyyət

Bakıda narkoman ananın uşağı sığınacağa yerləşdirilib

15 İyul 2021 22:00
1 Şərh     Baxış: 2 078
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə Suraxanı rayonunda bir qadının azyaşlı uşağının gözü qarşısında narkotik vasitələrdən istifadə etməsi ilə bağlı fakt yerində araşdırılıb.

Bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsindən məlumat verilib.

Qeyd olunub ki, komitəninin müraciəti əsasında, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları,rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri ilə birgə həmin ünvana baxış keçirilib.

Araşdırma zamanı həmin ailə üzvləri ana Arzu Mehtiyeva və ata Valeh Balacayevin tüfeyli həyat tərzi keçirdikləri müəyyən edilib. Buna baxmayaraq ananın və atanın narkotik maddələrdən istifadə etdikləri şübhə doğurduğundan onlar polis bölməsinə dəvət ediliblər. Mənzildə olan azyaşlı isə uşaq sığınacağına yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.