Cəmiyyət

Tovuzda tonlarla pomidor məhv olur - VİDEO

5 İyul 2021 11:29
1 Şərh     Baxış: 1 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuzda sahibkarlar tonlarla pomidoru məhv edirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, istixana şəraitində pomidor  əkini ilə məşğul olan təsərrüfat sahibləri məhsullarını nə xaricə  ixrac edə,  nə də daxili bazarlarda sata bilirlər.

Səbəb yerli bazarlarda alış üçün təklif olunan qiymətin sərf olunan qiymətə uyğun olmamasıdır. Fermerlər məhsulun maya dəyərini çıxara bilmədiklərini idiia edirlər.Məshuslun xarici bazarlara çıxa bilməməsi də sahibkarları məyus edib.

Bazarlarda və satış obyektlərində isə fərqli mənzərə müşahidə olunur. Yerində 5-8 qəpiyə satılan  pomidor piştaxtalarda 20 qəpiyə təklif  edilir.

Pomidorun satış qiymətinin aşağı olması sahibkarların işini çətinləşdirib.Onlar əziyyət çəkərək yetişdirdikləri məhsuldan qazanc əldə edə bilmirlər.

Artıq istixana sahibləri daha çox  maliyyə vəsaiti itirməmək üçün əkini özləri məhv edirlər.

Bu il zərər edən sahibkarlar gələn mövsum digər bitkilərin əkini ilə məşğul olacaqlarını bildirirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.