Cəmiyyət

Məşhur filmlər Azərbaycanda çəkiləcək - “Netflix”lə əməkdaşlığımız başladı - VİDEO

29 İyun 2021 11:59
0 Şərh     Baxış: 1 174
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda film sənayesinin inkişaf etdirilməsi üçün ciddi addımlar atılır. Artıq Mədəniyyət Nazirliyi ölkəmizdə məşhur filmlərin çəkilməsi üçün ''Netflix'' ilə əməkdaşlığa başlayıb. Həmçinin Nazirlik ölkənin audiovizual sektorunun potensialından səmərəli istifadə etmək üçün azərbaycan film komissiyası da yaradıb. 

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, gələcəkdə Azərbaycanda dünyaca məşhur filmlər çəkilə bilər. Artıq bu istiqamətdə Mədəniyyət Nazirliyi məşhur film platforması olan ''Netflix'' ilə əməkdaşlığa başlayıb. Bunu mədəniyyət naziri Anar Kərimov Azərbaycan Film Komissiyasının yaradılması münasibətilə keçirilən tədbirdə deyib. Nazir yeni komissiyanın da məhz bu səbəbdən qurulduğunu bildirib.

Nazir bildirib ki, təkcə ''Netflix'' deyil, digər kinostudiyalarla da əməkdaşlığa başlanıb.

Qeyd edək ki, "Filming Azerbaijan" Azərbaycan Film Komissiyası Mədəniyyət Nazirliyi tərəfindən ölkədə film çəkilişlərinə dəstək və təşviq məqsədilə qurulub. Qurumun missiyası ölkənin audiovizual sektorunun potensialından səmərəli istifadə etməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.