Cəmiyyət

Şəkidə yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alan var - FOTO

27 İyun 2021 23:57
0 Şərh     Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəkidə axşam saat 21 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala Gürcüstan sərhəd magistral yolunun Şəki rayonunun Böyük Dəhnə kəndinin ərazisindən keçən 35-ci km-də baş verib.

1982-ci il təvəllüdlü Şəki rayonu Çeşməli kəndində yaşayan Şabanov Rafiq Nəcməddin oğlu idarə etdiyi 99 JD 971 dövlət nömrə nişanlı yük avtomobili ilə Yevlaxdan Şəki şəhəri istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn, 1955-ci il təvəllüdlü Şəki rayonu Böyük Dəhnə kənd sakini Nəbiyev Hamil Əli oğlunun idarə etdiyi "VAZ 2106" markalı 55 CB-987 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yük avtomobilinin sürücüsü Nəcməddin Şabanov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.