Cəmiyyət

Bakıda evin internet şəbəkəsinə müdaxilə edilir, mənzil sahibi təhqir və şantaj olunur - VİDEO

25 İyun 2021 01:48
0 Şərh     Baxış: 2 119
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı sakini Coşqun Bilalovun evinə çəkdirdiyi internetə müdaxilə edilir.

Xəzər rayonu, Binə atçılıq qəsəbəsi, yeni sahə 2 massivində yaşayan Coşqun Bilalov 5 aydır ki, evinə internet şəbəkəsi çəkdirib. O iddia edir ki, artıq iki həftəyə yaxındır vayfay istifadəçi adı dəyişdirilir.  Yenilənən  ad bölməsində isə onun ailəsi təhqir olunur, söyüşlər yazılır. Bəzi hallarda isə şantaj edilir. Şikayətçi məsələ ilə bağlı abunə olduğu provayder şirkətinə müraciət etdiyini, lazımi dövlət orqanlarına məlumat verdiyini də bildirib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, vayfay adı və istifadəçi parolu dəyişdirilən zaman hətta şəbəkəyə qoşulan telefonlara da müdaxilə edildiyi bildirilib.

Bu ailəyə qonaq gələn hər kəs eyni problemi yaşayır.

İT mütəxəssisi Fərid Pərdəşünas bildirir ki, bəzi şəxslər modemlərin boşluqlarından istifadə edərək vayfayların istifadəçi adına müdaxilə edə, yaxud parolunu dəyişə bilirlər. Bu zaman isə istifadəçilər diqqətli olmalıdırlar.

Provayder sirkətindən məsələdən xəbərdar olduqlarını, hazırda araşdıma aparıldığını bildiriblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.