Fransalı nazir bu azərbaycanlı rəssama görə təcili Bakıya gəlib - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Televiziyasının (AzTV) "Yüz ilin adamları" layihəsinin budəfəki buraxılışı dünyaşöhrətli Xalq rəssamı Toğrul Nərimanbəyovun həyat və yaradıcılığına həsr olunub.
AzTV-dən Milli.Az-a bildirilib ki, verilişin komandası rəssamın ikinci vətəni Fransada olub, onun qızı Əsmər Nərimanbəyova ilə söhbət edib.
T. Nərimanbəyovun yaradıcılığında dönüş yaradan hadisə onun fransalı nazirlə tanışlığıdır.
Hadisə Nərimanbəyovun Moskvada keçirilən sərgisindən sonra baş verib. Sözügedən tədbirə möhtərəm qonaq kimi Fransanın ovaxtkı mədəniyyət naziri, yazıçı Andrey Malro da dəvət olunub. Malro sərgi ilə tanışlığı zamanı rəssamın "Azərbaycan musiqiçiləri" əsərinin qarşısında dayanıb. Təşkilatçılar nazirə əsərin müəllifi barədə məlumat veriblər, anasının fransız olduğunu deyiblər. Malro təcili Bakıya gəlib, rəssamın emalatxanasını ziyarət edib. Bu xəbər SSRİ-də böyük maraqla qarşılanıb. Fransız nazir Nərimanbəyovla görüşüb, daha sonra Xalq rəssamının yaradıcılığı barədə geniş resenziya yazıb. Bundan sonra Avropanın bir sıra ölkəsində onun əsərlərindən ibarət kataloqlar nəşr olunmağa başlayıb.
Ə. Nərimanbəyova deyib ki, atası Fransaya gələndə artıq məşhur idi: "Atamın medalları var idi, hökumət tərəfindən təltif olunmuşdu. Dünyada sərgiləri keçirilirdi".
Verilişdə, həmçinin, Nərimanbəyovun anadan olduğu vaxtdan ömrünün son gününə kimi yaşadıqları, həyat və yaradıcılığı ilə bağlı maraqlı məqamlara toxunulub, ölümündən 1 ay sonra dəfn olunan rəssamın ailə məhkəmələrinin səbəbi açıqlanıb.
Onun Azərbaycanla bağlı həyata keçməyən arzusu da "Yüz ilin adamları"nda dilə gətirilib.
30 yaşında Əməkdar, 33 yaşında Xalq rəssamı olmuş Toğrul Nərimanbəyovla bağlı sirli məqamlara aydınlıq gətirilmiş "Yüz ilin adamları" verilişin tam versiyasına "YouTube"da baxa bilərsiniz.
https://www.youtube.com/watch?v=PtDHZWk4ADU
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Hava ilə bağlı son məlumat
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
XƏBƏR LENTİ
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb





