Bakıda eyvanlara 3000-dən çox dibçək düzülüb - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edərək öz şəhərini sevən hər bir vətənpərvər insanı bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa, paytaxtımızın gözəlliyinə öz töhfəsini verməyə çağırıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Milli.Az-a daxil olan məlumata görə, bununla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, kommunal qurumlar və paytaxt rayonlarının İcra Hakimiyyətləri tərəfindən əsas küçə və prospektlərdə yerləşən binaların eyvanlarında müxtəlif rəngli güllərlə bəzədilmiş dibçəklər yerləşdirilməyə başlayıb.
Şəhərin Zərifə Əliyeva, Azərbaycan, İstiqlaliyyət, Neftçilər prospektləri, Bünyad Sərdarov, Yusif Səfərov, Svetlana Məmmədova, Rasim İmanov və digər küçələrindəki binaların eyvanları bu dibçəklərlə bəzədilmiş, müxtəlif rəngli ətirşah, qeorgin, petuniya və digər güllər şəhərimizə yeni bir gözəllik gətirərək paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən çox müsbət qarşılanıb.
Mərkəz küçələrdə start verilən bu aksiyaya paytaxtın bütün rayonları da qoşulmuş və artıq şəhərin bir çox binalarının eyvanlarının bəzədilməsi işləri böyük vüsət alıb.
Çox sevindirici haldır ki, vətəndaş cəmiyyəti üzvləri, ayrı-ayrı sakinlərimiz özləri bu təşəbbüsə qoşularaq fərdi qaydada eyvanlarını müxtəlif rəng çalarlı güllər əkilmiş dibçəklərlə bəzəməyə başlayıb və bu gözəl təşəbbüs öz əhatə dairəsini daha da genişləndirməkdə davam edir. Sakinlər bu güllərə qulluq göstərməklə xüsusi zövq alırlar.
Artıq eyvanlara 3000-dən çox dibçək yerləşdirilib və bu işlər sürətlə davam edir.
Qeyd edək ki, son vaxtlarda ölkə rəhbərinin həyata keçirdiyi siyasət nəticəsində Bakı şəhərinin yaşıllaşdırılması sahəsində önəmli işlər görülür, yeni meşə tipli parklar, yaşıllıq guşələri yaradılır, şəhərin estetik görünüşünə xüsusi yaraşıq verən yeni ağaclar, kollar və güllər əkilir. Bütün bu işlər də öz növbəsində paytaxtımızı daha da gözəlləşdirərək onu dünyanın ən yaşıl və gözəl şəhərlərindən birinə çevirəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
XƏBƏR LENTİ
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı
-
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol





