Cəmiyyət

Bu fermerlər cərimə ediləcək - VİDEO

14 İyun 2021 12:34
Baxış: 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aqrar məhsulların istehsalı üçün nəzərdə tutulan subsidiyalardan istifadə qaydalarını pozanlara qarşı tədbirlər gücləndirilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyib ki, aqrar sahənin inkişafı, fermerlərin və təsərrüfat sahiblərinin stimullaşdırılması üçün verilən subsidiyalardan bəzi hallarda təyinatı üzrə istifadə edilmir.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə bundan sonra belə neqativ halların qarşısı alınacaq.

Dəyişikliklərə əsasən, vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq olunacaq. Əgər fermer yanlış məlumatlar əsasında 500 manat subsidiya alıbsa, bu zaman o, 1000 manatdan 2000 manata qədər cərimə ediləcək. Elektron sistemə daxil edilən məlumatların düzgünlüyünü yoxlamaq üçün davamlı olaraq monitorinqlər aparılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.