Cəmiyyət

Güclü yağış Gəncədə selə səbəb olub - FOTO

10 İyun 2021 08:44
Baxış: 825

Ötən gündən başlayan yağıntılı hava şəraiti Gəncədə bir sıra fəsadlar törədib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  güclü yağışdan sonra sel şəhərin bir neçə küçəsində avtomobillərin hərəkətində, həmçinin, inasanların gediş-gəlişinə çətinliklər yaradıb. Şəhərin bir sıra qəsəbələri, eyni zamanda "Dəmir yolu vağzalı" adlanan ərazi, "Sərçə" bazarı sel suları altında qalıb.

Bəzi həyətlərə sel suları dolub. Hazırda ölkənin qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.