Şəhidin həyat yoldaşı: Çalışacağam ki, oğlanlarım ataları kimi layiqli övlad olsunlar - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən müharibəsinin ilk günündən komandiri olduğu tank bölüyü ilə Füzuli istiqamətində döyüşə atılaraq, düşmənin ön cəbhə xəttini yaran zabitlərimizdən biri də şəhid baş leytenant Namiq Mailovdur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, uşaqlıqdan özünə qəhrəman generallarımızı örnək seçən Namiq Mailov, 2001-2003-cü illərdə həqiqi hərbi xidmətdə olarkən həyatını hərb sənətinə həsr etməyi qarşısına məqsəd qoyur. Elə bu amalla gizirlikdən zabit hərbi rütbəsinə qədər yüksəlir. O, 2011-ci ildə könüllü olaraq Füzuli rayonunda tank taborunda xidmətə göndərilir. 2016-cı ildə kiçik leytenant rütbəsində bölük komandiri kimi Aprel döyüşlərinə qatılır. Həmin döyüşlərdə yaralanmasına baxmayaraq, igid tankçı sağaldıqdan sonra yenidən xidmətə qayıdır.
Vətən müharibəsinin ilk günü - sentyabrın 27-də isə Füzuli rayonu uğrunda gedən döyüşlərdə Namiq Mailov qorxmadan savaş meydanına atılaraq, düşmənin ön cəbhə xəttini yarır, bir neçə istehkam məntəqəsini və texnikasını məhv edir.
Şəhid atası Abış Mailov deyir ki, oğlu ilə qürur duyur. O, Vətən müharibəsində qəhrəmancasına döyüşdü. Dörd kəndin düşməndən azad edilməsində onun böyük payı olub. Namiq işğalçı ermənilərə ağır zərbələr endirərək düşmən cəbhəsini yarıb və irəlidə gedərək şəhidlik zirvəsinə ucalıb.
Namiq həyat yoldaşı Arzu ilə elə sentyabrın 27-də səhər 9-un yarısı danışmışdı. "Haqqını halal elə, uşaqlardan muğayat ol. Özünüzə yaxşı baxın" demişdi. Mən ona, bir söz deməyə imkan tapa bilmədim. Elə dedi, telefonu söndürdü. Sonuncu danışığımız oldu. İki övladımız var. Onlar da hərbçi olmaq istəyirlər. Çalışacağam ki, ataları kimi layiqli övlad olsunlar", - deyə şəhidin həyat yoldaşı bildirib.
Şəhidimizin özündən sonra Vətənə, ailəsinə əmanət qoyduğu 2 oğul övladı - 11 yaşlı Cəsur və 6 yaşlı Cahid yadigar qalıb. Onlar da ataları kimi hərbçi olmaq istəyi ilə vətənpərvər ruhda böyüyürlər.
Namiq Mailov oktyabrın 4-də Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb. Şəhid baş leytenant ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artıb
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
XƏBƏR LENTİ
-
Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
-
Zülfiyyə Qurbanova: "Filmlərdəki öpüşmə, zorlama səhnələrini paylaşacağam"
-
Nərimanla Şahrudin milliyə çağırılmadı
-
Paşinyan Almaniyada mükafat aldı - (Yenilənib)
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
-
Pakistanda məscid yaxınlığında güclü partlayış: 15 ölü, 50 yaralı - (Video)
-
İlanın ağzından çıxanlar təəccübləndirdi - (Video)
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artıb
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər





