Cəmiyyət

Gəncədə evdən 18 min manatlıq oğurluq edilib

21 May 2021 15:26
Baxış: 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 12-də Gəncə şəhəri ərazisindəki evlərin birindən 200 manat pul, 13500 manat dəyərində qızıl-zinət əşyaları, 4350 manat dəyərində 5 ədəd qol saatı və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Cəfərov saxlanılıb. Bundan başqa daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.