Teatr kollektivi Prezidentə təşəkkür etdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup incəsənət xadiminə "Prezident mükafatı"nın verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivindən sənət adamları da - Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, Əməkdar artistlər: Nadir Xasiyev, Çingiz Əhmədov, Əkbər Əlizadə, Nahidə Orucova, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, aktyorlar: Gülcahan Salamova və Əmrah Dadaşov "Prezident mükafatı"na layiq görülüblər.
Onların hər biri sosial şəbəkə hesablarında bu sevinclərini hamı ilə bölüşüb, xüsusi diqqət və qayğısı üçün dövlət başçısına təşəkkürlərini bildiriblər.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev rəhbərlik etdiyi kollektiv adından ölkə başçısına ürək sözlərini belə bildirib: "Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan! Sizin 7 may 2021-cı il tarixində "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" Sərəncamınız bizə - ömrünü səhnəyə həsr edən insanlara yüksək qiymətin bariz nümunəsidir. Sənət adamlarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız bu Sərəncam kollektivimizi daha da əzmlə çalışmağa ruhlandırır. Səhnə fəaliyyətimizi yüksək dəyərləndirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Teatrımız maraqlı layihələri ilə pandemiya dövrünün ən sərt karantin müddətlərində, 44 günlük ikinci Vətən müharibəsi zamanında da fəal iş rejimində olmağa çalışmış və bunu özümüzə vətəndaşlıq borcu bilmişik. Biz müharibə dövründə də maraqlı layihələrimizlə əziz Ali Baş Komandanın yanında olmağa səy göstərdik. Teatrımız bu döyüşlərdə bir şəhid verdi. Gənc və istedadlı övladımız Əliağa Məmmədov müharibədə haqqın dəragahına qəhrəman kimi qovuşdu.
Əziz Prezidentimiz! Biz bundan sonra da yaradıcılıq fəaliyyətimizi, bütün qüvvə və bacarığımızı ölkəmizin tanınması və şöhrət qazanması naminə, Azərbaycan teatrının şərəfli salnaməsinə yeni uğurlu səhifələr yazılması üçün sərf edəcəyik. Biz qürur duyuruq ki, ulu öndərimiz Heydər Əliyevin incəsənət xadimlərinə böyük qayğısı bu gün də Sizin və I Vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bir daha yüksək diqqət və qayğı üçün Sizə sonsuz təşəkkürlərimizi yetiririk. Tanrı Sizi qorusun! Tanrı qalib xalqımızı qorusun! Tanrı AZƏRBAYCANI qorusun!"
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)





