"Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin vaxtı uzadıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi "Qarabağ Azərbaycandır!" ssenari müsabiqəsinin vaxtı uzadılıb.
Bu barədə İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Trend-ə açıqlamasında bildirib.
"Ssenari müsabiqəsi fevralın 1-dən aprelin 30-dək elan edilmişdi. Baxmayaraq ki, kifayət qədər ssenarilər İttifaqa daxil olub, amma qrumun İdarə heyətinin qərarı ilə ölkədə davam edən pandemiya şəraitini nəzərə alaraq, bundan əlavə ölkəmizin müxtəlif bölgələrindən ssenari yazmaq istəyən və ya hələ ssenarisini yazıb bitirə bilməyən şəxslər tərəfindən İttifaqa daxil olan xahiş zənglərini nəzərə tutaraq müsabiqənin vaxtı 1 ay-may ayının 31-ə qədər uzadılır.
Daha sonra qrumun sözçüsü Əli Vəliyev qeyd edib ki, "müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edəcək. Münsiflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək. Qalib ssenarilər ekranlaşdırılmaqla yanaşı, pul mükafatı və diplomla təltif olunacaq. Belə ki, Ən yaxşı bədii film ssenarisinə 5 min, Ən yaxşı sənədli film ssenarisinə 3 min 500, Ən yaxşı qısametrajlı film ssenarisinə 3 min, Ən yaxşı animasiya film ssenarisinə 2 min manat pul mükafatı təqdim olunacaq."
Məlumat üçün bildirək ki, ssenari müsabiqəsinin qaydaları ilə bağlı bundan əvvəl açıqlamalar verilib. Yenidən tanış olmaq istəyənlər qrumun Arki.az saytına daxil olaraq məlumat ala bilərlər.
Qeyd edək ki, ssenarilər may ayının 31-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməli və ya şəxsən təqdim edilməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
XƏBƏR LENTİ
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Bir gündə 48 cinayət açıldı, 141 nəfər saxlanıldı
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)





