Ey oğul, mənə axıradək qulaq as və sözümü kəsmə. Sənin qarşında sonuncu atalıq borcumu da şərəflə, vicdanla yerinə yetirim ki, cənnətnən cəhənnəm arasında yaxamı ora-bura dartışdırmasınlar. Mən edəcəyim bu vəsiyyəti atamdan eşitmişəm, ona da atamın atası vəsiyyət edib. Sən də onu öz övladlarına əmanət et, qoyma ki, gələcək nəsillərimiz dədə-baba yolunu azsın, naxələf çıxsın, yoxsa çörəyimi sənə halal eləmərəm, bil.
Mənim balam, indi eşit və qulağında sırğa elə: heç vaxt böyüyün üzünə ağ olma. Xeyirdən-şərdən qalma, qoy həmişə səsin ölü yerindən, toyxanadan, çayxanadan, "Yeni Ulduz"dan gəlsin.
Mənim balam, çalış, heç olmasa, ömründə bir dəfə Həccə get. Hacı olmasan da, ölüsü Məşədidən, Kərbəlayıdan zaddan ol, yoxsa ruhum səni bağışlamaz. Əlindən təsbeh, dilindən "Ətağa cəddi!" düşməsin. Sevib alma, seçib al, halal südəmmiş olsun. Oğlun olsa, qoyma elm, kitab dalınca düşüb, nəslimizin papağını yerə soxsun. Çalış, mollalığı öyrənsin, uzaqbaşı polisə düzəlt. Qızının cehizinə "Gülüstan" poemasını qoymağı unutma.
Ey oğul, dədə-babadan sınamışıq, bizə təksəbir düşmür, çalış, həmişə cütsəbir gətir. Qarşından qara pişik keçsə, həmin gün evdən çölə çıxma. Qarın qardaşdan irəlidi deyirlər ha, odu ki, özün dura-dura, özgəni yedirtmə. Nisyə çay, pivə vermə. Müftə yeyib-içməkdən qalma. Əlinə pul düşən kimi məscid tikdir. Ey oğul, kişi əyilə-əyilə ucalar.
Qoy ömrün dadsız-duzsuz telekanallara baxmaqla daha xoş və mənalı keçsin. Başından basıb çörəyini əlindən aldılar, dinmə. Buna da "şükür" elə. Hamı danışanda sus, mənim balam, hamı susanda sən yenə də sus.
Ey oğul, toylarda nə qədər çox atılıb-düşsən, yeyib-içdiyini də bir o qədər tez sinirərsən. Nəbadə ölü yerində mollanın sözünü kəsəsən, onda evinin bin-bərəkəti də kəsilər. Gecə gördüyün yuxunu səhər hamıdan əvvəl axar suya danış ki, çin çıxsın.
Hə, mənim balam, bir də yadında saxla, atın, eşşəyin axurundan arpasını kəsmək olar, arvadın başından şillə-qapazı yox. Unutma, arvad da dəmir kimi bir şeydir, döyülə-döyülə bərkiyər. Arvadı nə qədər çox döyərsən, canı da bir o qədər bərk olar, həkimlərə yolu düşməz, sənin də reseptlərə verəcəyin pul cibində qalar.
Ey oğul, başdaşımı mərmərdən qoydurarsan, özü də çalış, qəbristanlığın hər yerindən görünsün. Başdaşımın üstünə təsbeh və aftafa rəsmi döydürərsən, "oğlundan yadigar" sözlərini yazdırmağı da unutma.
Mənim balam, sənin sünnət toyundan qalma bir diləyim də var idi, çalış onu mütləq həyata keçir: evlənəndə toyuna Səməd Səmədovu gətirərsən. Onu gətirsən, day bir də tamadaya artıq xərc çəkməyəcəksən. Bu vəsiyyətimi də yerinə yetirsən, o dünyada rahat yataram, bilərəm ki, nəslimizin gələcəyi etibarlı əllərdədir.
Elnur Astanbəyli
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ata son nəfəsində oğluna Səməd Səmədov haqqında nə dedi?
17 İyun 2010 09:50
Baxış: 252

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: güclü motivasiya hiss edəcəksiniz
-
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama - VİDEO
-
Restoranlarda təhlükə: Qida təhlükəsizliyinə kim nəzarət edir?
-
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
-
Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır - VİDEO
-
Günün qoroskopu: ailə ilə bağlı sürpriz hadisələr ola bilər
XƏBƏR LENTİ
-
Zamiq qazancını buna xərcləyir
-
Azərbaycanda gəlinliklər niyə bahadır? - VİDEO
-
Arıqlama dərmanlarının ölümcül təsirləri: Mütəxəssislərdən xəbərdarlıq
-
Nəm salfetlər təhlükəlidirmi?
-
Dərinin qocalmasını ləngidən vitamin açıqlandı
-
Alimlər qoxunun xoş və ya xoşagəlməz olmasına beynin necə qərar verdiyini kəşf ediblər
-
Gənələrdən necə qorunmalı? - Sadə tədbirlər həyat xilas edə bilər
-
Xərçəngin bu növü Y nəslinin yeni kabusuna çevrilib
-
Avtomobilə uyğun yağı necə seçmək olar? - VİDEO
-
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
-
18 aylıq cəzadan sonra yenidən futbolda - göz yaşları sel oldu - VİDEO
-
Günün qoroskopu: güclü motivasiya hiss edəcəksiniz
-
Cəsədi Hövsandan tapılan gəncin əmisi danışdı - "Maşına baxırmış..." - VİDEO
-
Rusiyanın çirkin imperializmi: Azərbaycanlılara qarşı yeni aqressiya dalğası
-
Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
-
"Hyundai"nin bu modelində ciddi problem aşkarlandı - Bakının benzininə "dözmür" - VİDEO
-
Rusiya nə etmək istəyir?
-
Türk Ordusuna hücum oldu - Yaralananlar var
-
Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi
-
Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub
-
Benzema aktrisa ilə evlənir
-
Stress "evimizi yıxır"
-
Cümşüd tanınmış şirkətin əməkdaşı imiş - FOTO
-
“Neftçi” növbəti transferini açıqladı