İşğaldan azad edilmiş ərazilərə keçmək təhlükəlidir xəbərdarlıq - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ata minaya düşərək həlak olan iki oğluna görə göz yaşı tökür...
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ailə faciəsi mart ayının 16-da torpaq çərşənbəsi günü baş verib.
Məcburi köçkün kimi Ağdam rayonunun Əfətli kəndində məskunlaşan Anar, Bayram və Razi Hüseynov qardaşları, sonuncunun 7 yaşlı oğlu Hüseyn Hüseynov azad edilmiş Yusifcanlı kəndinə gedərək bayram tonqalı yandırmaq istəyərkən minaya düşüblər. Razi Hüseynov elə hadisə yerində həlak olub. Bu barədə məlumatı kənd sakinləri, Ağdam rayon Mexaniki Suvarma İdarəsinin Əfətli kənd üzrə sahə rəisi işləyən ataları Akif Hüseynova veriblər. Akif Hüseynov dərhal həmin əraziyə gedib. Ata orda gördüklərini və yaşadıqlarıni bir ömür boyu unutmayacağını deyir.
Hadisə zamanı Akif Hüseynov da ayağından ağır xəsarət alıb. Dərhal əraziyə ANAMA-nın əməkdaşları gəliblər. Kiçik bir araşdırma ilə müəyyən ediblər ki, yaralıların ətrafı minalanmış ərazidir.
Akif Hüseynov Bakıya Travmatalogiya Xəstəxanasına gətirilərək əməliyyat olunub, hazırda vəziyyəti normaldır. Digər oğlu Anar isə Ağcabədi rayon xəstəxanasında müalicə alır. İki oğlunu itirən, bir oğlu və özü ağır yaralanan ata insanlara işğaldan azad edilmiş ərazilərə gizli yollarla getməməyi tövsiyə edir.
Təhlükəli ərazilərə keçərək, həyatını təhlükəyə atanlardan biri də Xocavənd rayonundan olan Asif Əhmədovdur. O, qardaşı ilə heyvanları otararkən minalara diqqət etməyib. İkisi də minaya düşüb və onlardan biri dünyasını dəyişib. Asif Əhmədovun isə ayağı amputasiya edilib.
Beyləqan sakini Azad Muxtarov da diqqətsizliyin qurbanı olub. O, icazə verilməyən ərazilərə dostları ilə gedərkən minaya düşüb və gözünün birini itirib.
İşğaldan azad edilmiş ərazilərdə baş vermiş bədbəxt hadisələr onu deməyə əsas verir ki, rəsmi dövlət qurumlarının müvafiq xəbərdarlıqları əsassız deyil və bu xəbərdarlıqlara riayət etmək olduqca vacibdir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
XƏBƏR LENTİ
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Bir gündə 48 cinayət açıldı, 141 nəfər saxlanıldı





