Cəmiyyət

Cari vergi ödəmələri haqqında arayış necə təqdim olunur?

7 Aprel 2021 22:25
Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə ödəyirlər, hər ödəmənin məbləği isə əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, cari vergi ödəmələrinin hesablanması haqqında arayış gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən hər rübün sonunda növbəti ayın 15-dək təqdim edilir.

Elektron kabineti olan vergiödəyiciləri cari vergi ödəmələrinin hesablanması haqqında arayış formasını onlayn kargüzarlıq bölməsindən yeni müraciət yaradaraq, "Cari vergi ödəmələrinin hesablanması haqqında arayış"ı seçərək onlayn şəkildə doldura bilərlər. Elektron kabineti olmayan vergiödəyiciləri bu məlumatı müəyyən edilmiş müddət ərzində kağız daşıyıcıda "əldən-ələ" qaydasında vergiödəyicilərinə xidmət mərkəzlərindən təqdim edə bilərlər.

Cari vergi arayışlarının elektron qaydada təqdim edilməsi üçün gücləndirilmiş "ASAN imza" tələb olunmur. Sözügedən arayışın formasında 151.1 metodunu seçmək nəzərdə tutulmayıb. Müəssisə heç bir arayış və məlumat verməsə də, bu metodu seçmiş hesab edilir. Müəssisənin gəlir və xərclərinin kassa və ya hesablaması metodundan asılı olmayaraq, cari vergilərin hesablanmasının mövcud 3 metodundan hər biri seçilə bilər.

Eyni zamanda, sadələşdirilmiş vergiödəyiciləri tərəfindən cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edilməsi nəzərdə tutulmayıb. Cari vergi ödəmələrinin hesablanması haqqında arayışı təqdim etməyə görə qanunvericiliklə hər hansısa cərimə və ya maliyyə sanksiyası yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.