Cəmiyyət

Masallıda 16 yaşlı qızına toy etmək istəyən ata polisə aparıldı

31 Mart 2021 17:21
Baxış: 1 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Masallı rayonunda 16 yaşlı qıza toya etmək istəyən valideynlər polis şöbəsinə gətirilib.

Milli.Az bildirir ki, Masallı rayon icra başçısının birinci müavini Məmmədhüseyn Hüseynov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Sığınacaq kəndində 2005-ci il təvəllüdlü qız və 1990-cı il təvəllüdlü oğlan üçün valideynləri toy etmək üçün hazırlıq görüblər:

"Toy mərasiminin bu gecə keçirilməsi planlaşdırılıbmış. Bizim məlumatımız əsasında polis əməkdaşları da hadisə yerinə cəlb olunub. Hər iki şəxsin valideynləri polis şöbəsinə gətirilib".

Məlumata görə, qızın bir ay əvvəl 16 yaşı tamam olub.

Qeyd edək ki, bu barədə ilk məlumatı cenub.az saytı yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.