Cəmiyyət

“Toylarda maska taxılması mümkün deyil, yeməyi qulaqlarına yeyəcəklər?”

11 Mart 2021 23:13
Baxış: 2 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İndiki halda toylar 600 nəfərlik restoranlarda 200-250 nəfər olmaqla rahat şəkildə keçirilə bilər".

Milli.Az sozcu.az-a istinadən xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Deputatın fikrincə, toyların təşkilinə icazə verilməlidir: "Doğrudur, pandemiya ilə əlaqədar olaraq bu məsələlər bağlı qorxu var ki, yoluxma sayı artar və s. Bu baxımdan səbrli olmaq lazımdır, pandemiya qurtaracaq, toylar da əvvəlki kimi keçiriləcək. İndiki halda isə toylar 600 nəfərlik restoranlarda 200-250 nəfər olmaqla rahat şəkildə keçirilə bilər. Əgər restoran və kafelərdə sosial məsafəni qorumaq şərtilə bir masa ətrafında 6 nəfərin oturmasına icazə verirlərsə, toyları da eyni şəkildə təşkil edə bilərlər. Maskadan istifadəyə gəlincə isə, bu, toylarda mümkün deyil. Məgər restoranlarda maska ilə otururlar ki? Maska taxsalar, yeməyi qulaqlarına yeyəcəklər?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.