Cəmiyyət

2400-ə yaxın şagirdin biliyi yoxlanılıb

10 Mart 2021 14:59
Baxış: 620
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda III, VI və VII sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmə tədqiqatı çərçivəsində bu günə qədər 20 region üzrə III sinifdə təhsil alan şagirdlərin qiymətləndirməsi yekunlaşıb.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təqribən 2400 nəfər III sinif şagirdinin tədris dili, riyaziyyat, xarici dil, fiziki tərbiyə, musiqi, texnologiya, təsviri incəsənət və həyat bilgisi fənləri üzrə bilikləri yoxlanılıb.

Qeyd edək ki, milli qiymətləndirmə şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.