Cəmiyyət

Zakir Fərəcova ikinci doza peyvənd vuruldu

10 Mart 2021 13:38
Baxış: 1 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq Sumqayıt şəhərində də əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir.

Milli.Az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, İH başçısı Zakir Fərəcova bu gün COVID-19 infeksiyasına qarşı peyvəndin ikinci dozası vurulub.

Sumqayıt şəhərində vaksinasiya prosesinin həyata keçirilməsi üçün 8 tibb məntəqəsi fəaliyyət göstərir. Tibb məntəqələrində təlimatlara uyğun zəruri şərait yaradılıb. İndiyədək 4 minə yaxın şəhər sakini peyvənd edilib.

Qeyd edək ki, Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.