Yeni mexanizm: artıq ictimai nəqliyyatda gedilən yola uyğun ödəniş ediləcək - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İctimai nəqliyyatda yeni tarif mexanizminin tətbiq edilməsi gediş haqqı qiymətinin artımı kimi başa düşülməməlidir. Tarifdə dəyişiklik olmazsa, qiymət artımından söz gedə bilməz
Milli.Az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib. O bildirib ki, bu mexanizmə əsasən, sərnişinlər gediş haqqını gedəcəkləri məsafəyə uyğun ödəyəcəklər:
"Bəzi xarici ölkələrdə ictimai nəqliyyatda fərqli mexanizm tətbiq edilir. Onlarda sərnişinin ödədiyi gediş haqqı məsafəyə görədir. Bizdə isə bu, belə deyil. Məsələyə obyektiv yanaşsaq, burada ədalətsizliyin olduğunu görərik. İctimai nəqliyyatda belə bir prosesin baş verməsi labüd idi.
Pandemiyadan sonra bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də daha təkmilləşdirilmiş və səmərəli mexanizmlər tətbiq olunmalıdır. Bir ictimai nəqliyyatdan istifadə edərək qısa məsafəni gedən sərnişinlə uzun məsafəni gedən sərnişinin eyni məbləği ödəməsi düzgün yanaşma deyil.
Bu mexanizmi tarifin və qiymətlərin qalxması kimi düşünməməliyik. Ola bilsin ki, bəzi sərnişinlər əvvəl ödədiyi gediş haqqından bir az daha artıq ödəyəcək. Bir çox sərnişin isə getdiyi yol qədər ödəyəcək".
Ekspert onu da qeyd edib ki, bütün ictimai nəqliyyat vasitələri yeni mexanizmə texniki cəhətdən hazır olmalıdır: "Hesab edirəm ki, BNA-nın son dövrlər aldığı iri tutumlu avtobuslarda bu sistemlər var. Sərnişin avtobus və ya metroya daxil olanda da, düşəndə də öz kartını oxudacaq və onun gediş məsafəsi avtomatik hesablanaraq kartından çıxılacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək
-
Sabahın havası açıqlandı
-
Şəbnəm Tovuzlunun makiyajsız halı müzakirə yaratdı - (Video)
-
Maduro həbsxanada Quran oxumağa başlayıb
-
İmişlidə ağır qəza: Ölənlər var
-
“Nvidia”nın rəhbəri xəyanətə görə üzr istədi
-
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib





