Cəmiyyət

İctimai nəqliyyatda yeni QİYMƏTLƏR tətbiq olunacaq - YENİLƏNİB

9 Mart 2021 17:47
Baxış: 9 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:47

Mütərəqqi beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexanizminin tətbiqi üçün bu sahədə güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı hazırlıq işləri görülür.

Milli.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, ölkəmizdə ictimai nəqliyyatda (şəhər və rayonlarda müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus nəqliyyatında) sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən vahid standart tariflərin tətbiqi siyasəti nəzərə alınmaqla həyata keçirilir:

"Bu yanaşma ictimai nəqliyyatda xidmətlə bağlı nağdsız ödəniş sisteminə keçidin tamamlanmaması, sərnişindaşıma xidməti göstərən aidiyyəti subyektlərin bu sistemə keçidlə bağlı texniki hazırlıqların başa çatdırılmaması və sair bu kimi məsələlərlə əlaqələndirilir".

----------
14:47

Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexanizmi tətbiq olunacaq.

Milli.Az sfera.az-a istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, bu zaman mütərəqqi beynəlxalq təcrübə nəzərə alınacaq.

Hazırda ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlıq işləri görülür.

Qeyd edək ki, avtobus və metro daşınması xidmətlərinin qiymətini Tarif Şurası müəyyən edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.