Bakıda ilk bio-smart dayanacaq quraşdırıldı - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət başçısının tapşırığına əsasən Bakı şəhərində vətəndaşlar üçün yüksək səviyyəli nəqliyyat şəraitinin yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə ictimai nəqliyyat infrastrukturu, o cümlədən də avtobus dayanacaqlarının yenidən qurulması daim diqqətdə saxlanılır.
Son beş ildə paytaxtın inzibati ərazisində 432 ədədi pavilyon, 409-u məntəqə tipli olmaqla ümumilikdə 841 dayanacaq quraşdırılıb. 1191 dayanacaq təmir edilərək sərnişinlərin istifadəsinə verilib. Nəticədə dayanacaqların 42%-i yenilənib, şəhər üzrə ümumi dayanacaq tələbatının 90.1%-i təmin edilib. İctimai nəqliyyat infrastrukturunun yenilənməsi zamanı informsiya texnologiyalarının imkanlarından da istifadə olunur.
Bu çərçivədə Bakı şəhərində bio-smart avtobus dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb. İlk belə dayanacaq pavilyonu Heydər Əliyev Mərkəzinin yaxınlığında quraşdırılıb. Ərazinin memarlıq üslubu ilə həmahəng olan pavilyon Heydər Əliyev prospektində, şəhər mərkəzi istiqamətində yerləşir. Bu dayanacaqdan 1, 2 və 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar keçir. Sərnişin axını baxımından əsas cəlbetmə məntəqələrindən hesab olunur.
Tamamilə yerli istehsal olan bio-smart avtobus dayanacaq pavilyonunun bir çox üstünlükləri var. Pavilyon günəş enerjisi ilə çalışır. Burada dezinfeksiya duşu quraşdılıb ki, bunun sayəsində də müəyyən olunan vaxt aralığında avtomat rejimdə dərman məhlulu səpilir. Mobil qurğular üçün enerji portlarının olduğu pavilyonda "BakıKart" ödəmə terminalı da var.
Bio-smart avtobus dayanacaq pavilyonunun quraşdırılması ilə digər bir layihənin də icrasına start verilib. Layihəyə əsasən paytaxt ərazisindəki dayanacaq məntəqələrinin hər birinə individual olaraq adlar veriləcək. Adlar əsasən dayanacaq məntəqəsinin yerləşdiyi məkana, həmin məkanda olan mədəni-tarixi və digər əsas obyektlərə uyğun olaraq müəyyən ediləcək. Bu mənada ilk bio-smart pavilyon "Heydər Əliyev Mərkəzi" dayanacağı adlandırılıb-deyə məlumatda bildirilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
XƏBƏR LENTİ
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Bir gündə 48 cinayət açıldı, 141 nəfər saxlanıldı
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var





