Cəmiyyət

Laçın aeroportu Azərbaycanda ən hündürdə yerləşən hava limanı olacaq - VİDEO

1 Mart 2021 13:31
Baxış: 955

Yaxın gələcəkdə tikilməsi planlaşdırılan Laçın və Zəngilan aeroportları ölkəmiz üçün olduqca mühüm əhəmiyyətə malik olacaq. Ekspertlərin fikrincə, bu aeroportlar turizm imkanlarından istifadəyə və logistik mərkəzlərin yaradılmasına hesablanıb. Xüsusilə Laçın aeroportu Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.  

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Laçın və Zəngilanda tikiləcək aeroportlar strateji əhəmiyyətə malikdir. Xüsusilə Laçın aeroportu ölkənin ən hündür hava limanı olacaq.

Laçın ərazisində tikiləcək aeroportla bağlı ilkin ideya var və bunun üçün ərazi də ayrılıb. Bu ərazinin mühüm əhəmiyyəti odur ki, bu aeroport təkcə Laçın üçün yox, həm də Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

Ekspert Ərşad Hüseynov deyir ki, bu ərazidə hava limanının tikilməsi ərazinin turistik potensialından geniş istifadə olunmasına imkan verəcək. Bütün bunlar həmin ərazilərin abadlaşdırılması və bərpası planları çərçivəsində həyata keçiriləcək.

Zəngilanda aeroportun tikilməsi, sadəcə, turizmin inkişafına xidmət etməyəcək, eyni zamanda beynəlxalq əhəmiyyətli logistika mərkəzinə çevriləcək.

Ekspert bildirib ki, Laçın ərazisində aeroportun tikilməsi Laçın-Kəlbəcər avtomobil yolları şəbəkəsinin də müasirləşməsinə şərait yaradacaq.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.