Alman alim Xocalı qətliamından yazıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alman alim Dr. Mixael Raynhard Hessin "nex24.news" onlayn xəbər portalında Xocalı qətliamından bəhs edən "Tarixin" üç mənası məqaləsi yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, məqalənin müəllifi Xocalı dəhşətlərini həm tarixçilərin, həm faciə qurbanlarının, həm də yazıçıların prizmasından təhlil edib. Müəllif 26 fevral 1992-ci ildə Xocalıda törədilənləri müharibə cinayəti kimi qiymətləndirib və onu ikinci Dünya müharibəsindən sonra qurbanların sayına görə, Srebrenitsadan sonra Avropanın ikinci ən dəhşətli genosidi adlandırıb.
Dr. Hess Xocalı qətliamının dəhşətlərini "Müharibə uşaqları" kitabından tərcümələr verməklə bir daha inandırıcı formada oxucuların diqqətinə çatdırıb. Alim Xaçatur adlı erməni əsgərinin 13 yaşlı azərbaycanlı gənci diri-diri pəncərəyə mismarlamasını, digər üç uşağın, eləcə də hamilə ananın körpə övladının gözləri önündə öldürülərək itlərə yem edilməsini, gənc qızın üzərinə benzin tökülərək diri-diri yandırılılmasını tam açıqlığı ilə təsvir edib.
Alman müəllif Haaqa Beynəlxalq Məhkəməsinin müharibə cinayətlərində təqsirli bildiyi uqandalı hərbi komandan Dominik Onqvenlə Serj Sarkisyanın tutarlı müqayisəsini apararaq, bütün müharibə cinayətkarlarının məsuliyyətə cəlb edilməsnin hələ də gec olmadığını əsaslandırıb.
Qeyd edək ki, Dr. Mixael Raynhard Hessin 2016-ci ilin aprel döyüşlərindən bir neçə ay sonra "Tanklar cənnətdə. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" adlı kitabı Berlində alman dilində, 44 günlük müharibədən az əvvəl - 2020-ci ilin avqustunda isə "Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycanın tarixinin açılımı" adlı kitabı Münxendə ingilis dilində nəşr edilib.
Məqalə Avropadakı Azərbaycan diasporunun səyləri nəticəsində işıq üzü görüb.
Məqalənin orijinalı ilə burada tanış olmaq olar:
https://nex24.news/2021/02/drei-bedeutungen-von-geschichte-zum-massenmord-von-xocali-chodschali/?fbclid=IwAR01GwnmAsPSZVFXUDzdxzm0LBtTadFVjwtjZ1MpDUpMBBHXrywZbAi3TWA
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)





