Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlar media sahəsində bir sıra yeni və münbit islahatlar mexanizminə keçidin reallaşdırılması tələbi özünü daha çox göstərməyə başlayıb. Xüsusilə, jurnalistika fəaliyyəti və bu fəaliyyət çərçivəsində şəffaflığın, azad rəqabət meyarlarının köklü şəkildə bərpasına ehtiyac yaranıb.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, ekspert Bəhruz Quliyev deyib. Onun sözlərinə görə, mətbuat sahəsində yaranmış mövcud durum ürəkaçan deyil və belə bir arzuolunmaz vəziyyətdən çıxış yolunu tapmaq gerçək media təmsilçilərinin üzərinə düşür:
"Yəni fakt budur ki, ləğv olunmuş KİVDF-nin yerinə yaradılmış perspektivli qurum - Media İnkişaf Agentliyinin timsalında yeni düşüncələrə, yeni layihələrə və yeni baxış prizmasına ehtiyaclar yaranıb, bu ehtiyacların gerçəkliyə çevirlməsində isə real mətbuat adamlarının təklifləri alınmalı, müştərək qərarlar qəbul edilməlidir. Çünki tarixi ənənələrə malik olan Azərbaycan mətbuatı korroziyaya uğradılıb, həqiqi jurnalistlər, mətbuat adamları, ölkə mətbuatında xüsusi əhəmiyyətə, çəkiyə malik olan qurumlar isə demək olar ki, sıxışdırılaraq bir kənara atılıb. Buna isə əlbəttə ki, yol vermək olmaz. Məhz bu baxımdan nəticəyə gəlmək olar ki, Media İnkişaf Agentliyi mövcud problemlərin aradan qaldırılmasında öz sözünü uğurla deyə biləcək. Bizlər - media qurum rəhbərləri isə söz yox ki, bu kimi məsələlərdə öz dəstəklərimizi, fikir və təkliflərimizi davamlı surətdə təqdim edəcəyik. Çünki yalnız indiki vaxtda deyil, gələcək nəsillərə də sağlam mətbuatın ötürülməsi bizlərin öhdəsinə düşür".
Ekspert vahid jurnalist vəsiqəsi təklifi ilə bağlı da münasibətini açıqlayaraq bildirib ki, əslində belə bir vasitə Avropa ölkələrində də tətbiq olunur. O cümlədən, Türkiyədə "basın kartı" deyilən vəsiqə mövcuddur ki, həmin vəsiqə ilə hərəkət edən jurnalistlər bir çox imtiyazlara malik olmaları ilə yanaşı, dövlət əhəmiyyətli tədbirlərə qatılmaq imkanını əldə edirlər. "Düşünürəm ki, yalnız bu deyil, digər imtiyazları da əldə etmək üçün Azərbaycanda həmin tətbiqin həyata keçirilməsi zərurəti yaranıb və bu olarsa, qərəzli, böhtançı işlərlə məşğul olan, adları qara siyahılara əlavə edilən saxtakarlar bundan sonra öz kirli əməlləri ilə milli mətbuatımızın adına ləkə atmaq imkanlarını tamamilə itirməli olacaqlar", deyə Bəhruz Quliyev vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
XƏBƏR LENTİ
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib





