Cəmiyyət

Bakıda taksi qiymətləri bir gündə 2 dəfə bahalaşdı

25 Fevral 2021 08:49
Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qar yağdı, taksi qiymətləri ceyran belinə mindi.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, güclü qar səbəbindən paytaxt nəqliyyatında yaranan problem, xüsusilə də ictimai naqliyyatda gecikmələr və dayanacaqlarda yaranan sərnişin sıxlığı taksilərə tələbatı artırdı. Bu isə qiymət artımı ilə müşayiət olundu...

Sərnişinlərin sözlərinə görə, bəzi taksi şirkətləri və fərdi şəxslər qiymətləri hətta 2-3 dəfə artırıblar.

Bəzi taksi şirkətləri isə ya ümumiyyətlə telefonlara cavab verməyib, ya da zəng edib düşmək mümkün olmayıb.

Şəhər ərazisində və mərkəzi hissələrdə səyyar taksilər də əvvəlki günlərə nisbətən az gözə dəyirdi.

Taksi sürücüləri isə əməkdaşlıq etdikləri şirkətlərin qiymətləri 20-25 faiz artırdığını bildirdilər. Fərdi şəkildə xidmət göstərdikdə isə qiymətləri dəyişmədiklərini dedilər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, qiymətləri qurum tənzimləmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.