Cəmiyyət

Lənkəranda bir gündə iki oğurluğun üstü açılıb

24 Fevral 2021 11:24
Baxış: 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda bir gündə iki oğurluğun üstü açılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Lənkəran şəhər sakini X.Abbasova evindən ümumi dəyəri 737 manat olan məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun ev sahibinin qohumu, Lənkəran sakini Tural Abbasov olduğu məlum olub. Saxlanıldıqdan sonra T.Abbasovun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri ilə isə rayonun Boladı kəndində yerləşən bir evdən 1700 ABŞ dolları oğurlayan əvvəllər məhkum olunmuş Telman Hadizadə saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.