Bu əməkdaşlıq daha intensiv olmalıdır - Muxtar Babayev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkdilli ölkələrin regional platformalar, o cümlədən "Xəzər dənizinin hidrometeorologiyası və çirklənməsinin monitorinqi" üzrə Xəzəryanı ölkələrin Koordinasiya Komitəsi çərçivəsində meteorologiya sahəsində əməkdaşlığı davam etdirilməkdədir. Lakin bu sahədə əməkdaşlığın daha intensiv olmasını vacib hesab edirik.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türk Dünyası Meteorologiya Forumunda çıxış edən Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazirin sözlərinə görə, son dövrlər iqlimin dəyişmələrinin və onun fəsadlarının hər birimizin həyatına necə təsir etdiyi aydın şəkildə görünür. Dünyanın bir hissəsində daşqınlar və qasırğalar baş verərkən, digər bölgələrdə həddindən artıq isti hava və su çatışmazlığı hökm sürür.
İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları, xüsusilə kənd təsərrüfatı, turizm, nəqliyyat, kommunal, səhiyyə sektorları dəyişkən meteoroloji hadisələrə qarşı daha həssas və daha az dayanıqlıdır. Təbii fəlakətlərə meylli, həmçinin təhlükəyə dair məlumatı vaxtında vermək və ya fəlakəti effektiv şəkildə idarə etmək imkanlarına malik olmayan ölkələrdə problem daha da kəskinləşir.
M.Babayevin sözlərinə görə, məsələnin həlli bir tərəfdən, təbii fəlakətlərə qarşı müvafiq infrastrukturun yaradılmasıdır. Digər tərəfdən isə təhlükələri xəritələşdirmək, həssas nöqtələri müəyyənləşdirmək, ekstremal hava şəraitində təcili hərəkətə imkan verən erkən xəbərdarlıq sisteminin qurulması olduqca aktualdır. Hətta bir neçə dəqiqə öncə verilmiş xəbərdarlıq insanları xilas etməyə və iqtisadi itkiləri azaltmağa kömək edə bilər.
www.facebook.com
Узнать больше
Nazir hesab edir ki, dünyanı sınağa çəkən qlobal iqlim dəyişmələri çağırışlarına hazırlıqlı olmaq üçün ölkələrimizin meteorologiya xidmətləri innovativ texnologiyalara malik olmaqla biri-birini tamamlamalı, qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməlidir:
"Qeyd etmək istəyirəm ki, meteorologiya sahəsinin modernləşdirilməsi üçün dövlətimiz tərəfindən geniş imkanlar yaradılır. Əhalinin və iqtisadiyyatın hava-iqlim şəraitindən asılı olan sahələrinin meteoroloji təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Təhlükəli meteoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün meteorologiya sahəsi modernləşdirilir. Ölkəmizdə meteoroloji stansiyalar avtomatlaşdırılmış, iqlim məlumatlarının idarə olunması və müasir telekommunikasiya sistemi quraşdırılmışdır".
M.Babayevin fikrincə, meteoroloji xidmətin müasir standartlar səviyyəsinə çatdırılması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi zəruridir:
"Azərbaycanda proqnozların keyfiyyətinin artırılması məqsədilə 20 ildən artıqdır ki, "TURKMETCAP" proqramı tətbiq edilir. Peyk məlumat mübadiləsi sistemi ilə hava proqnozların hazırlanmasında istifadə olunan lazımı faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnoz xəritələri, rəqəmsal modellərin nəticələri əldə olunur, informasiya mübadiləsi aparılır. Meteroloji infrastrukturun təhlükəli meteoroloji hadisələrin vaxtında proqnozlaşdırılmasında və zəruri qabaqlayıcı tədbirlərin görülməsində böyük rolu var. Gələcək planlarımızın uzlaşdırılması və birgə fəaliyyətimiz, iqlim çağırışlarına dayanıqlı olmağa zəmin yaradacaqdır. Bu baxımdan, türkdilli ölkələrin meteorologiya sahəsinə cavabdeh qurumları arasında sıx əməkdaşlığını vacib hesab edirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
XƏBƏR LENTİ
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib





