Nəfəs çətinliyi ilə üzləşməmək üçün ən yaxşı yol peyvənd edilməkdir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyaya yeni gələn körpə doğulan kimi çığırır və tibdə buna ilk tənəffüs deyilir. Körpənin çığırtısı onun dünyaya gəlməsi kimi qəbul olunur. Nəfəs almaq dünyaya qədəm basan körpə üçün ilk həyat əlaməti hesab olunduğu kimi, nəfəsin itməyi, kəsilməyi də həyatın bitməsi deməkdir. Nəfəs almaq insan üçün çox böyük nemətdir və ona görə də həmişə arzu edirəm ki, Allah-Taala heç kəsi nəfəslə imtahana çəkməsin.
Milli.Az bildirir ki, həkim-infeksionist Leyla Xəlilova bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib. O, yanvarın 26-da yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndin ilk dozasını vurdurub, üzümüzə gələn həftə isə ikinci dozanı vurduracaq.
Həkim-infeksionist söhbətə davam edərək deyib: "Nəfəs problemi yarananda ümid xəstənin süni nəfəs aparatına qoşulmaq üçün reanimasiya palatasına köçürülməsi olur. Açığını deyəcəyəm, bəlkə də həmin məqamlarda həkimlik karyeramın ən ağır dəqiqələrini yaşamışam. Bu, təkcə xəstə üçün yox, həkim üçün də çox dözülməz və arzuolunmazdır və həmin məqamlarda özünün çarəsizliyini hiss edirsən. Mən həmin ağır dəqiqələri yaşamağı nə heç bir həkimə, nə də heç bir xəstəyə arzu etmirəm. Onunla üzləşməmək üçün isə tək bir yol var ki, o da Çinin "Sinovac" şirkətinin "CoronaVAC" peyvəndinin inyeksiya edilməsidir. Əvvəla, bu peyvəndin orqanizm üçün heç bir təhlükəsi və fəsadı yoxdur, ikincisi, qoruyuculuğu çox yüksəkdir. Ən nəhayət, onun vurulması həyatını virusa yoluxmaqdan etibarlı şəkildə sığortalayır. Bəd ayaqda yoluxma baş versə belə, immunitetin güclənməsi hesabına onu yüngül və rahat keçirirsən. İmmunitetin güclü olması isə təkcə COVID-19-a deyil, digər infeksion xəstəliklərə qarşı çox böyük qoruyucu vasitədir.
İslam dünyasının görkəmli simalarından birinin belə bir kəlamı var: "Parası olan bazardan, imanı olan məzardan qorxmaz". İmmunitet yoluxmanın qarşısını alan ən yaxşı vasitədir. Xəstəliyə qarşı peyvəndin vurulması isə onu təmin edir. Ona görə də peyvəndin vurulmaması üçün heç bir əsaslı səbəb yoxdur. Nəfəs çətinliyi ilə üzləşməmək üçün bundan başqa yol yoxdur".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib





