Cəmiyyət

Bazarda bu məhsullar bahalaşıb - QİYMƏTLƏR - VİDEO

18 Fevral 2021 12:08
Baxış: 1 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt bazarlarında soğan, xiyar və pomidorun qiymətində artım müşahidə olunur.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, xüsusilə soğanın qiymətində bahalaşma var.

Rusiyadan gətirilən soğanın 1 kiloqramı 1 manatdır. Əvvəl  soğanın qiyməti 30-50 qəpik civarında idi.

Keşlə bazarında pomidor və xiyarın qiymətində artım müşahidə edilir. Pomidor 2,50 AZN, xiyar isə 5 AZN-ə təklif olunur.

Satıcılar deyirlər ki, son zamanlar bu məhsulların topdan satış qiymətinin dəyişməsi bahalaşmaya səbəb olub.

8-ci kilometr bazarında isə satıcılar alıcı qıtlığından gileylənir. Bu bazarda qiymətlər nisbətən daha ucuzdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.