Cəmiyyət

Qaradağlı qətliamı - VİDEO - FOTO

18 Fevral 2021 12:05
Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 29 il ötür.

Milli.Az Real TV-yə istinadən bildirir ki, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra müdafiəni yaran ermənilər fevralın 17-də kəndi işğal ediblər.



İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib.Sonra isə onlardan bəzilərinin başı kəsilib.

Həmin günü isə hadisə şahidləri bu cür xatırlayır:



Qaradağlı kəndi uğrunda gedən döyüşlərdə Telman Tağıyev böyük qəhrəmanlıq göstərən döyüşçülərdən olub. İndi hər ildönümündə ailəsi onun şücaətindən ürəkdolusu danışır.



Qeyd edək ki, işğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.