Cəmiyyət

Doktoranturaya imtahan verənlərin nəzərinə!

10 Fevral 2021 12:59
Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xarici dil üzrə doktoranturaya qəbul və xarici dil üzrə fəlsəfə doktoru, həmçinin əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı verən şəxslər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, fevralın 14-də doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru, fevralın 15-də isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanları keçirəcək.

İştirakçılar "İmtahana buraxılış vərəqəsi" və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə"ni DİM-in saytından çap edə bilərlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqi ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır.

İmtahan binasına daxil olarkən namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əsli, "İmtahana buraxılış vərəqəsi" və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə" tələb olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.