Cəmiyyət

Sumqayıtda yoldakı “lyuk”a şam ağacı basdırılıb - FOTO

8 Fevral 2021 12:35
Baxış: 1 362
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhəri, 9 və 10-cu mikrorayonların kəsişməsində avtomobil yolunda "lyuk"a basdırılan şam ağacının görüntüləri yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, fotodan da görünür ki, avtomobillərin sıx hərəkət etdiyi dairəyə sancılan ağac gediş-gəliş üçün təhlükə yaradır. Ağacın hansı məqsədlə əraziyə qoyulduğu məlum deyil.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan ağacın ərazidə hansı şəraitdə basdırıldığını bilmədiklərini açıqladılar. Qeyd edildi ki, ərazidən keçən kanalizasiya xəttində ötən gün qəza baş verib. Təmir işlərindən sonra problem aradan qaldırılıb:

"Dünən qeyd olunan ərazidə kanalizasiya xəttində baş vermiş qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılıb. Təmirdən sonra kanalizasiya quyusunun qapağının yolla eyni səviyyədə olması üçün betonlama işləri həyata keçirilib. Fotonun nə zaman və hansı şəraitdə çəkilməsi ilə bağlı məlumatımız yoxdur, lakin hazırda sözügedən yolda belə bir hal müşahidə olunmur".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.