Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Laçının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb.
Milli.Az bildirir ki, bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Facebook" səhifəsində etdiyi paylaşımla məlumat verib.
"Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti video-çarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub", - deyə Fuad Nağıyev qeyd edib.
Çarxda Laçının gəzməli-görməli yerləri, o cümlədən Qafqaz Albaniyasının mədəni irs nümunlərindən IX əsrə aid bazilika Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən "Məlik Əjdər" türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan "Kar günbəz" türbəsi, 1761-ci ildə tikilməsi haqqında məlumat mövcud olan Həmzə Soltan sarayı, rayonun bir və ikitağlı körpüləri, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.
Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında video çarx təqdim olunub.
Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu gündən iki ölkənin vətəndaşları Azərbaycana vizasız səfər edə bilər
-
BDYPİ-dən həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış
-
Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?
-
İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı
-
Azərbaycanda qapısına qıfıl vurulan universitetlər - Niyə fəaliyyətləri dayandırılıb?
-
Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsi Ramin Qasımova həvalə olundu
XƏBƏR LENTİ
-
Bu gündən iki ölkənin vətəndaşları Azərbaycana vizasız səfər edə bilər
-
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - (Foto)
-
Livanın çıxılmaz yolu: “Hizbullah”ın tərksilahı niyə mümkün görünmür?
-
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
-
Azərbaycan nefti kəskin bahalaşdı
-
MİQ-də 8 test tapşırığında uyğunsuzluq aşkarlandı
-
BDYPİ-dən həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış
-
Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?
-
Goranboyda evdən yeniyetmənin meyiti tapılıb
-
ABŞ Çinə qarşı sanksiyaları genişləndirdi: Daha 43 şirkət “qara siyahı”ya salındı
-
Azərbaycanda zəlzələ oldu
-
Nəriman Həsənzadə vəfat etdi
-
Bu bürclər sevgidə ən çox xəyal qırıqlığı yaşayır
-
İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı
-
Prezident İlham Əliyev sosial media hesablarında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edib
-
Ronaldo evlənir?
-
Dolmalıq üzüm yarpağı alarkən bunlara diqqət edin
-
1 avqustda bizi nələr gözləyir? - Ulduz falı
-
"Sığınacaq" izləyicilərinə pis xəbər
-
Həftəsonu bu bürclər üçün uğurlu gələcək
-
Doğum tarixinə görə bal ayı üçün gedəcəyiniz ən ideal yerlər
-
Mədədəki şişkinlik hissini aradan qaldırın
-
Azərbaycanda qapısına qıfıl vurulan universitetlər - Niyə fəaliyyətləri dayandırılıb?
-
Bu aylarda doğulanlar ən sirli hesab olunur: onları tanımaq üçün vaxt lazımdır





