BDYPİ-dən həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həftəsonu ilə əlaqədar bölgələrə səfərlərin artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir. Bu isə bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və məsuliyyət tələb edir. Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmağı planlaşdıran sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.
Sürücülər nəzərə almalıdırlar ki, uzun məsafəli səfər yalnız nəqliyyat vasitəsinin texniki sazlığını deyil, həm də sürücünün fiziki və psixoloji hazırlığını tələb edir. Yorğun, yuxusuz və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına əyləşmək yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır. Səfər zamanı yol və hava şəraitinə uyğun sürət həddinə riayət edilməsi, ara məsafəsinin qorunması, təhlükəli ötmə və manevrlərdən çəkinilməsi, həmçinin sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durulması təhlükəsiz hərəkətin əsas şərtlərindəndir.
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara da müraciət edərək bildirir ki, avtomobil yollarında yolun müəyyən edilməmiş hissəsindən keçmək, nəqliyyat vasitələrinin sürətini düzgün qiymətləndirmədən hərəkət zolağına çıxmaq, mobil telefondan və digər diqqəti yayındıran vasitələrdən istifadə etmək ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Yolun yalnız müəyyən olunmuş yerlərindən keçilməsi, yolu keçməzdən əvvəl sürücülərlə vizual təmasın yaradılması və hərəkətin təhlükəsiz olduğuna əmin olduqdan sonra yolun keçilməsi həyati əhəmiyyət daşıyır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücüləri və piyadaları yollarda qarşılıqlı hörmət və anlayış nümayiş etdirməyə, tələskənlikdən və riskli davranışlardan çəkinməyə çağırır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Pulumu itirməyi deyil, aldadılmağımı qəbul edə bilmirəm” - (Video)
-
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların (Fotosu)
-
Akif Əyyubov vəfat etdi - (Foto)
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)
-
Bütün sosial müavinətlər ödənildi
-
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
XƏBƏR LENTİ
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
-
"Pulumu itirməyi deyil, aldadılmağımı qəbul edə bilmirəm” - (Video)
-
Alma, portağal və vişnə deyil: Ən güclü antioksidant mənbəyi olan meyvə şirəsi açıqlandı
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
-
Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları
-
Supermodellər haqqında heç vaxt danışılmayan 5 utandırıcı fakt
-
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
-
Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
-
Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
-
Günün qoroskopu: Paxıl həmkarlarınızdan ehtiyatlı olun
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Con Qudman 90 kq arıqladı - (Foto)
-
Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
-
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların (Fotosu)
-
Gəncədə 5 aylıq körpə evdə öldü - Yenilənib
-
Akif Əyyubov vəfat etdi - (Foto)
-
Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
-
"Mən aliməm" - Nüşabə Ələsgərli
-
Messi karyerasının ən böyük uğurunu açıqlayıb
-
"Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - (Foto)
-
İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
-
Valdas Dambrauskas ildə 50 kitab oxuyur
-
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
-
Usta işlədiyi evdən meyiti tapıldı





