Düşmənlə əlbəyaxa döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Qurban Mehdizadədir. O, müharibənin ikinci günündə şəhidlik zirvəsinə ucalıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ağstafa rayonunun Göycəli kəndində doğulub boya-başa çatan Qurban Mehdizadə ailənin tək oğul övladı idi.
"Ermənilərin təxribatı başlayanda Qurban ən yüksək postda - Murov yüksəkliyində idi. Onun taboru ermənilərin bir neçə postunu ələ keçirib. Qurban son damla qanına qədər vuruşub. Gülləsi qurtaranda ermənilərlə əlbəyaxa olub. Bu zaman snayperlə vurulub", -deyə atası Aydın Mehdiyev vurğulayır.
Qurban iki il idi ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu idi. O, Murov yüksəkliyinin alınmasında xüsusi şücaəti ilə seçilib. Vətəni canından çox sevirdi.
Anası Nahidə Mehdiyeva deyir ki, oğlu ilə hər danışanda o, Kəlbəcərin azad ediləcəyi günün uzaqda olmadığını söyləyirmiş: "Onda güclü vətənpərvərlik hissi var idi. Murovda xidmət etdiyinə görə fəxr edirdi. Deyirdi ki, axşam olanda oradan bütün Azərbaycan görünür. Hər gün zəng edərdi. Axırıncı dəfə sentyabrın 26-da danışdıq. Ancaq müharibə haqqında heç nə demədi. Arzuları çox idi. Evləndirmək istəyirdim. Həmişə deyirdi, yarımçıq işlərim var, gözlə bir ilim qalıb...".
Sentyabrın 28-də qeyri-bərabər döyüşdə Qurban 21 nəfərlik dəstə ilə 80-dən çox erməni silahlısına qarşı döyüşüb. İki gün davam edən və ermənilərin xeyli itki verdiyi döyüşdə bir addım da geri çəkilməyib. Qurban bu döyüşdə qəhrəmancasına şəhid olub.
Çavuş Qurban Mehdizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Hava ilə bağlı son məlumat
XƏBƏR LENTİ
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir





