Yeni pul nişanlarının mühafizə sistemində dəyişiklik edilib - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni tədavülə buraxılan 1, 5 və 50 manatlıq pul nişanlarının dizaynı ilə yanaşı, mühafizə sistemlərində də dəyişiklik edilib. Yeni əsginaslarda xeyli mikromətnlər və gizli çap elementləri yerləşdirilib.yaxın vaxtlarda 20 manatlıq pul nişanı da yeni dizaynda tədavülə buraxılacaq. Bu pul nişanının üzərində "qarabağ azərbaycandır!" şüarı yerləşdiriləcək. Ümid edirik ki bu pul nişanı elə qarabağ torpağı kimi bərəkətli olacaq..
Yeni pul nişanlarında xeyli mikromətnlər və gizli çap elementləri yerləşdirilib.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Milli valyutanın təhlükəsizlik konsepsiyası beynəlxalq təcrübədə ən mükəmməl təhlükəsizlik sistemlərinə əsaslanır və 4 pilləli mühafizə konsepsiyasından ibarətdir. Yeni tədavülə buraxılan 1, 5 və 50 manatlıq pul nişanlarında dizaynla yanaşı, mühafizə sistemlərində də dəyişiklik edilib.Burada da əsas məqsəd saxtalaşdırmanın qarşısını almaqdır.
Bu pul nişanlarına həm də yenilik olaraq şaquli dizayn konfiqurasiyası verilib ki, burada da xeyli mikromətnlər və gizli çap elementləri yerləşdirilib. Bunları həm də yeni bir mühafizə elementi də adlandırmaq olar. Yeni əsginaslarda görmə məhdudiyyətli şəxslərin pul nişanlarını tanıması üçün elementlər də öz əksini tapıb.
Aqşin Vəliyev qeyd edib ki, 20 manatlıq əsginas Qarabağ mövzusuna həsr olunmuş pul nişanıdır. Bu pul nişanının üzərində Azərbaycan xalqının mübarizə əzmini əks etdirən elementlər yer alıb. Yaxın vaxtlarda 20 manatlıq pul nişanları da yeni dizaynda tədavülə buraxılacaq.
Mərkəzi Bank yeni pul nişanları dövriyyəyə buraxılmazdan əvvəl, oktyabr ayında kommersiya banklarına və ödəniş xidmətlərini həyata keçirən provayderlərə məlumat göndərib. Tapşırılıb ki, istifadələrində olan nağd pula avadanlıqlarını yeni əsginazlara uyğunlaşdırsınlar.
Aqşin Vəliyevin sözlərinə görə, köhnə pul nişanları da tədavüldən çıxarılmayacaq və yeniləri ilə paralel şəkildə istifadə ediləcək. Gələcəkdə digər nominallı pul nişanlarının da yenilənməsi həyata keçiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
Nərimanovda binadakı yanğın məhdudlaşdırılıb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)





