“Şükür Həmidov yanımızda şəhid oldu, biz o təpəni ala bildik” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
44 günlük Vətən müharibəsinin iştirakçılarından biri də Lənkəran rayonunun Səpnəkəran kəndindən olan 24 yaşlı Məcidzadə Tural Xudaverdi oğludur.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, T. Məcidzadə sentyabrın 29-da Lənkəran rayon Hərbi Komissarlığından könüllü olaraq döyüşlərə qatılıb. O, yanvarın 10-da xidmətdən tərxis edilərək ailəsinin yanına qayıdıb. Qəhrəmanımız bu müddət ərzində keçdiyi döyüş yolu barədə saytımıza danışıb.
T. Məcidzadə müharibədə kəşfiyyat bölüyündə xidmət etdiyini bildirir: "Oktyabrın 2-dən Füzuli rayonu uğrunda döyüşlərə qatılmışam. Daha sonra Cəbrayıl, Qubadlı rayonu uğrunda döyüşlərdə də iştirak etmişəm. Ali Baş Komandanın sərəncamına uyğun olaraq "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalıyla təltif edilmişəm. Müharibə bitdikdən sonra Şuşa şəhərində və Xocavənddə xidmət etmişəm. Döyüşlərdə yüngül xəsarətlər almışam. Ağır yaralı olmadığıma görə döyüşlərə davam etmişəm".
.jpg)
T. Məcidzadə Qubadlının azad edilməsi uğrunda şəhid Milli Qəhrəmanımız Şükür Həmidovla birgə döyüşdüyünü bildirib: "Şükür Həmidov bizim yanımızda şəhid oldu. Biz tapşırığa əsasən Mahmudlu kəndində mühüm təpənin alınması uğrunda hücuma keçəcəkdik. Bu zaman erməni mərmisindən Şükür Həmidov şəhid oldu. Onun nəşini əsgər yoldaşlarımızla birgə götürüb aşağıya təhvil vermişik. Həmin döyüşdə digər şəhidlərimiz, yaralılarımız oldu. Ancaq buna baxmayaraq biz o təpəni ala bildik. Çünki həmin təpəni götürəndən sonra digər ərazilərə nəzarət edə bilərdik. Cəbrayılda "Avtovağzal" adlanan ərazidə döyüşə girmişdik. Ermənilər üç istiqamətdə hücuma keçmişdi. Biz onun qarşısını aldıq".
T. Məcidzadə ailəlidir və 11 aylıq körpəsi var. Ailəli olmasına baxmayaraq döyüşlərə qatılmağın onun üçün şərəf məsələsi olduğunu vurğulayıb: "Mən 2016-cı ilin aprel döyüşlərində də Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsində iştirak etmişəm. Daha sonra isə Goranboy və Tərtər istiqamətində döyüşmüşəm. Hazırda isə ən böyük arzum daxili işlər orqanlarında fəaliyyətimi polis kimi davam etdirməkdir".





Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)





