Cəmiyyət

Çində təhsil üçün sənəd qəbulunun vaxtı uzadıldı

7 Yanvar 2021 13:28
Baxış: 589
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə Çində təqaüd proqramına sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, proqrama son müraciət tarixi 8 yanvar 2021-ci il təyin edilib.

Qeyd edək ki, təqaüd proqramı "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.