Türkiyənin "A haber" kanalına "Türklər qan tökməyi sevən millət deyil, amma mövzu vətəndirsə, dünyanın şah damarını kəsməyə hazırıq" açıqılaması verən Şamxal, yəqin, çoxlarının yadındadır.
Milli.Az xəbər verir ki, Vətən müharibəsinə könüllü gedən Şamxal Qəribov artıq təxris olunub, sağ-salamatdır. Kəşfiyyatçı Şamxal, demək olar ki, Qarabağın hər qarışı uğrunda vuruşub, vətənin işğaldan azad olunmasında digər əsgər yoldaşları kimi dəfələrlə şücaət göstərib.
Evdən çıxanda atasına vəsiyyəti də olur Şamxalın: "Şəhid olsam, anamın yanında dəfn edərsiniz".
Amma qismətində şəhidik yox, qalib əsgər kimi atasının yanına dönmək var imiş.
ARB kanalında müsahibəsində Şamxal zəngin döyüş yolundan qısa və maraqlı anları diqqətə çatdırır:
Ordumuzun digər bölmələri də kəşfiyyatçılarından fərqlənmirdi. Əslində, kəşfiyyat bölmələri öndə olmalı idilər, lakin hər kəs, bütün əsgələrlər çiyin-çiyinə döyüşürdülər, fədakarlıq göstərirdilər.
Ermənilər isə öz leşlərini, formalarını səngərlərdə qoyub qaçırdılar. Biz şəhidlərimizin cəsədlərinin belə düşmən əlinə düşməməsinə çalışırdıq, döyüş bölgəsindən çıxarırdıq. Qələbə də məhz bu fədakarlıqlar sayəsində qazanıldı".
Qəhrəmanımızın müharibə təəssüratlarını öz dilindən eşidin.
Milli.Az