Cəmiyyət

Vətən müharibəsinin qəhrəman qazisi evinə qayıtdı - VİDEO

28 Dekabr 2020 11:45
Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müharibənin ilk günlərindən əks-hücum əməliyyatlarına qoşuldu. Füzuli və Cəbrayılın azad edilməsində iştirak etdi. Qubadlı uğrunda gedən döyüşlərdə ağır yaralanaraq hospitala düşdü. Evinə dönüşü isə doğmalarına böyük sevinc gətirdi 27 yaşlı döyüşçünün...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 19 oktyabrdan bəri müalicə olan Məhəmməd Məhərrəmov hələ də ağrıları canında hiss edir. Bir də bu müqəddəs savaşa qatılmağın verdiyi qürur hissi var.

Səhhətinin ən ağır çağında belə Məhəmmədin bircə arzusu olub- yenidən döyüşlərə dönmək!

Böyük fəxarət hissi ilə qazi oğlunu qarşılayan ana isə digər anaların həm böyük qürurunu, həm də böyük üzüntüsünü yaşayır içində.

Qəhrəmanımız döyüşdə göstərdiyi şücaətə görə "Cəbrayılın azad edilməsinə görə" medalı ilə təltif olunub. Yolun açıq olsun, igid Məhəmməd!

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.