Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə iki avtomobil yolunun birinci mərhələsi başa çatır

25 Dekabr 2020 12:21
Baxış: 2 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşğaldan əzad olunan ərazilərdə inşa edilən 2 avtomobil yolunun birinci mərhələsi başa çatmaq üzrədir.

Bu barədə Milli.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, həmin yollar Tərtər-Suqovuşan və Suqovuşan-Talış avtomobil yollarıdır: "Tərtər - Suqovuşan yolunun uzunluğu 21 kilometr, Suqovuşan-Talış yolunun uzunluğu isə 8 kilometrdir. Ümumi uzunluğu 29 kilometr olan hər iki yolun tikintisində işlər sürətləndirilib. Artıq yaxın günlərdə adıçəkilən avtomobil yollarında tikinti işlərinin birinci mərhələsi yekunlaşacaq. Hazırda asfalt - beton örtüyünün vurulması yekunlaşır, son tamamlanma işləri görülür".

A. Nəcəfli bildirib ki, yolun ikinci mərhələsinə isə gələn ilin əvvəllərində start veriləcək: "Havalar normal keçərsə, gələn ilin əvvəllərində ikinci mərhələ başlanacaq və hər iki yol qısa müddətdə başa çatdırılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.