Cəmiyyət

Elman Rüstəmov manatın devalvasiyası barədə danışdı - Nələr olacaq?

23 Dekabr 2020 11:07
Baxış: 4 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda devalvasiyanın olacağı barədə səsələnən fikirlərin heç bir əsası yoxdur. Nə indi, nə də 2021-ci ildə bunu gözləmirik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

E.Rüstəmovun sözlərinə görə, belə söhbətlər cəfəngiyyatdır. Qonşu ölkələrdən, ticarət tərəfdaşımız olan ölkələrdən fərqli olaraq, pandemiyanın təsiri nəticəsində Azərbaycanda ciddi heç nə baş vermədi:

"Hamı qələbəyə köklənib. Devalvasiyanın olması xəbərləri boş söhbətlərdir. Bu gün təqdim olunan büdcəmiz məhz stabil məzənnə, çox aşağı inflyasiya üzərində qurulub"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.