Cəmiyyət

İtkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması istiqamətində işlər aparılır - MN

21 Dekabr 2020 17:36
Baxış: 1 488
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması istiqamətində işlər aparılır.

Milli.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumatda bildirilir ki, şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcək.

Qeyd edək ki, MN Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2802 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat açıqlayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.