Cəmiyyət

Daha bir qəhrəmanımızı tanıyaq - VİDEO

21 Dekabr 2020 14:52
Baxış: 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birinci Qarabağ müharibəsində iştirak edən atasının döyüş xatirələri ilə böyüyən Taleh Zamanov ikinci Qarabağ müharibəsinin qəhrəmanına çevrildi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Taleh atasının getdiyi yol ilə addımlayırdı. Bu qəhrəmanlıq yolunun sonu isə onu ən uca məqama - şəhidlik zirvəsinə yüksəltdi.

Döyüşlərə Salyanın Qaraçala kəndindən qatılan igidimiz anası ilə sonuncu dəfə sentyabrın 30-u danışıb. Hər şeyin yaxşı olduğunu, heç bir problem olmadığını bildirib.

Müharibənin ilk günündən döyüşlərə qatılan Taleh Talış kəndinin işğaldan azad olunmasında xüsusi şücaət göstərib. Növbəti döyüşlərin birində isə ağır yaralanaraq şəhadətə yüksəlib.

Adını Vətən müharibəsi səhifələrinə qızıl hərflərlə yazdırmağı bacaran igidimiz indi təkcə Qaraçala kəndinin yox, bütün el-obanın qəhrəman oğludur.

Ölümündən sonra Taleh Zamanov döyüşlərdə göstərdiyi igidliyə görə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.